Tərtərdə daha iki mülki şəxs yaralandı
- 05.10.2020, 08:20,
- Bölgə / Xəbər
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir."Qanunyolu.info.az", "Qafqazinfo"-nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata istinadən, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.
Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub. Bunlar şəhər sakinləri - 1981-ci il təvəllüdlü Novruzov Saleh Qaytaran oğlu və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.
Yaralılar xəstəxanaya çatdırılıb.
Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.