Həbsdəki oğluna narkotik gətirən qadın tutuldu

  • 10.06.2022, 13:00,
  • Kriminal
  • Baxılıb: 47
Həbsdəki oğluna narkotik gətirən qadın tutuldu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

“Qanunyolutv.az” Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu Bayramovla qısamüddətli görüşə gəlmiş anasının sovqatına baxış keçirilib. Bu zaman Bakı şəhər sakini Cəmilə Məlik qızı Bayramovanın gətirdiyi cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Həbsdəki oğluna narkotik gətirən qadın tutuldu

Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter