Türkiyədə sel fəlakəti, nazirlər bölgəyə yollandı - Video+Fotolar
- 14.07.2021, 23:30,
- Hadisə / Dünya
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Rizə bölgəsində sel fəlakəti baş verib.“Qanunyolu.info.az” xəbər verir ki, selin görüntülərini “HaberGlobal” yayımlayıb.
Bildirilib ki, sel nəticəsində torpaq sürüşməsi baş verib, nəticədə, üç nəfər torpaq altında qalıb.
Bir nəfəri isə sel aparıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə daxili işlər naziri Süleyman Soylu, ətraf mühit və şəhərsalma naziri Murad Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu hadisəni yerində araşdırmaq və vətəndaşlara yardım məqsədilə Rizəyə yola düşüblər.