Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərildi - Video

  • 01.03.2021, 11:20,
  • Xəbər
  • Baxılıb: 35
Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərildi - Video

“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, həmin şəxslər ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğludur.
Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərildi - Video

Bildirilib ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq, qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərildi - Video

Qeyd edək ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Fond tərəfindən bu günə qədər 23 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərildi - Video

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Daha 10 qazimiz Türkiyəyə müalicəyə göndərildi - Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter