Prezident Şağan Reabilitasiya Pansionatının açılışını etdi

  • 25.02.2021, 14:00,
  • Xəbər
  • Baxılıb: 28
Prezident Şağan Reabilitasiya Pansionatının açılışını etdi

Prezident İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

"Qanunyolu.info.az" xəbər verir ki, dövlət başçısı pansionatda yaradılan şəraitlə tanış olub.
Prezident Şağan Reabilitasiya Pansionatının açılışını etdi

Məlumat verilib ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.
Prezident Şağan Reabilitasiya Pansionatının açılışını etdi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter