Rusiya peyvəndinin yeni virusa qarşı təsirli olduğu açıqlandı
- 22.12.2020, 11:05,
- Xəbər
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya “Sputnik V” peyvəndinin mutasiyaya uğramış “COVID-19”un yeni növünə qarşı təsirli olacağını açıqlayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Birbaşa İnvestisiya Fondu (RDIF) prezidenti Kirill Dmitriyev bildirib.
O qeyd edib ki, “Sputnik V” İngiltərədə ortaya çıxan virus daxil olmaqla bütün koronavirus mutasiyalarına qarşı təsirli olacaq.
“Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. “Sputnik V”nin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük. Bu səbəbdən ilkin təhlillər “Sputnik V”nin də bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir”,- deyə Dmitriyev vurğulayıb.