Əkrəm Abdullayevə yeni vəzifə verildi

  • 05.10.2020, 17:20,
  • Xəbər
  • Baxılıb: 26
Əkrəm Abdullayevə yeni vəzifə verildi

Əkrəm Abdullayev Azərbaycan Diasporuna Dəstək Fonduna yeni icraçı direktor təyin olunub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Diasporalarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Esmira Xəlilova feysbukda məlumat verib.

Xatırladaq ki, Ə.Abdullayev 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, yeni təyinata qədər Diasporla İş üzrə Dövlət Komitəsində işləyib.

Qeyd edək ki, fondun əvvəlki icraçı direktoru Elşad Əliyev idi. O, sentyabrın 2-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Azərbaycan Diasporuna Dəstək Fondu Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter