“Azərbaycan başqa nə etməli idi?” - Rusiyalı deputat

  • 03.10.2020, 12:00,
  • Xəbər
  • Baxılıb: 12
“Azərbaycan başqa nə etməli idi?” - Rusiyalı deputat

“Paşinyan bu rayonları tərk etməli və başa düşməlidir ki, müharibəni başqa cür dayandırmaq mümkün olmayacaq”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının millət vəkili Aleksey Juravlyov “Rossiya 1” kanalında Qarabağdakı vəziyyətlə bağlı teledebatda bildirib.

Juravlyov xatırladıb ki, Nikol Paşinyan 2018-ci ildə Ermənistanda ilk dəfə hakimiyyətə gələndə Bakıda da onun Qarabağ nizamlanmasına konstruktiv münasibət göstərəcəyi gözlənilirdi: “Ancaq onun elədiyi ilk iş Xankəndinə gedib “Bura əbədi bir erməni torpağıdır, heç bir güzəşt ola bilməz” demək oldu. Niyə belə etdi? O, bu əhval-ruhiyyə ilə millətçilərin əlinə oynayır. Əlbəttə, Azərbaycan başqa nə edə bilərdi?”.

Juravlyov həmçinin qeyd edib ki, Paşinyan bu əraziləri tərk etməli və başa düşməlidir ki, əks halda bunu (müharibəni - red.) dayandırmaq mümkün olmayacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter