Navalnıyın təyyarədə qışqırdığı anın videosu yayıldı

  • 20.08.2020, 15:10,
  • Xəbər
  • Baxılıb: 35
Navalnıyın təyyarədə qışqırdığı anın videosu yayıldı

Ağır zəhərlənmədən Omsk xəstəxanasına yerləşdirilən müxalifət lideri Aleksey Navalnıyın təyyarədə yaşadığı çətin anlar bir sərnişin tərəfindən lentə alınıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, sözügedən görüntüləri Navalnıy ilə eyni təyyarədə səyahət edən Pavel Lebedev adlı sərnişin çəkib. Onun sözlərinə görə, siyasətçi təyyarə hündürlüyə qalxdıqdan sonra sanitar qovşağa gedib və uzun müddət geri qayıtmayıb.

“Mən başa düşdüm ki, nəsə baş verir. Təyyarə təcili olaraq Omsk şəhərinə enməyə başladı. Düşündüm ki, yəgin kimsə özünü pis hiss edib. Başımı çevirib gördüm ki, Aleksey uzanıb və qışqırır”,- deyə Lebedev bildirib.

Qeyd edək ki, bu gün A.Navalnıyın göyərtəsində olduğu Moskvadan Tomsk şəhərinə gedən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Siyasətçinin mətbuat katibi Kira Yarmış müxalifət liderinin başqa bir şəxs tərəfindən qəsdən zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A. Navalnıy səhər saatlarında ancaq bir stəkan çay içib.

O, Navalnıyın süni tənəffüs aparatına qoşulduğunu bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter