Füzuli Ələkbərovun anası ilə həyat yoldaşı koronavirusdan vəfat etdi - Yenilənib
- 12.07.2020, 16:15,
- Xəbər
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, onun anası vəfat edib.
F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.
***
Füzuli Ələkbərova daha bir ağır itki üz verib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, sabiq nazirin həyat yoldaşı İradə Ələkbərova da ötən gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.
Mərhum bu gün dəfn edilib.