19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Fevralın 19-u saat 13:00-da Azad Sabir oğlu Cəlilov Ucar rayonu, Alpoud kənd qəbiristanlığında,
Mahir Abuzər oğlu Quliyev isə Cəlilabad şəhər qəbiristanlığı, şəhidlər cərgəsində dəfn olunacaq.
Saat 14:00-da Nail Fahil oğlu Dənziyev Lerik rayonu, Mastaıl kənd qəbiristanlığı, şəhidlər cərgəsində,
Rəsul Babaxan oğlu Ağayev isə Sabirabad rayonu, Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Saat 15:00-da Vüqar Səlim oğlu Babayev Göyçay şəhərində yerləşən Şəhidlər xiyabanında,
Şahin Heydər oğlu Kərimov isə Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanında,
saat 16:00-da Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllı rayonu, İstisu kənd qəbiristanlığında,
saat 17:00-da isə Cavanşir İsrafil oğlu Həsənov Balakən rayonundakı Şəhidlər xiyabanında dəfn olunacaqlar.
Fevralın 20-si saat 11:00-da Rafiq Hüseyn oğlu Hüseynov Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ümumşəhər qəbiristanlığında (Qurd qapısı),
Mehriban Arif qızı Qarayeva isə Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Saat 12:00-da Zibeydə Bədəl qızı Əhmədova Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanında,
saat 13:00-da Dadaş Şərif oğlu Dadaşov və Qurban Ramazan oğlu Göyüşov Bərdə şəhəri, Şəhidlər xiyabanında,
saat 14:30-da Hidayət İsa oğlu Vəliyev Bərdə rayonu, Zümürxan kənd qəbiristanlığında,
saat 15:00-da Nofəl Cahangir oğlu Əsgərov Gəncə şəhəri, Şəhidlər xiyabanında (Səvizkar qəbiristanlığı),
saat 15:30-da Qılman Surxay oğlu Hacıyev Bərdə rayonu, Kələntərli kənd qəbiristanlığında,
saat 16:00-da Yolçu Sarı oğlu Məmmədov isə Şəmkir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaqlar.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!