Şəhid oğluna qurban kəsdirən ana vəfat etdi - Foto
- 13.02.2026, 11:00,
- Xəbər
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsi şəhidi gizir Telman Kəlbiyevin anası vəfat edib.“Qanunyolutv.az” xəbər verir ki, şəhidin anası Dilşad Kəlbiyeva yaşadığı Neftçala rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, Telman Kəlbiyevin nəşi müharibə bitəndən xeyli sonra Murovdağ istiqamətində aşkar edilərək Neftçalaya gətiriləndə anası onun tabutu önündə qurban kəsdirmişdi.
1988-ci il təvəllüdlü Telman Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn edilib. O, şücaətlərinə görə
“Vətən uğrunda”,
“Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 2023-cü ildə Dilşad Kəlbiyeva yaşadığı evdə
soyğunçuluq cinayətinə məruz qalmışdı. Evinə basqın edən həmkəndlisi Aqil Sadıqov 800 manat pulu ələ keçirmişdi. Daha sonra həmin şəxs polis tərəfindən
tutulmuşdu.
Fotolarda: şəhid Telman KəlbiyevAllah rəhmət eləsin!