“İdrak” liseyində güllələnən müəllim əməliyyat olundu
- 06.02.2026, 16:00,
- Xəbər / Sosial / Təhsil / Səhiyyə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakıdakı “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub."Qanunyolutv.az" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, bu gün
“İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı
güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.