Həmkarları rüşvət alan hakimə güzəşt etmədi
- 04.02.2026, 13:30,
- Xəbər / Sosial
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda təqsirli bilinən sabiq hakimi Elsun Əhmədovun kassasiya şikayətinə baxılıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Ali Məhkəmənin hakimləri keçmiş həmkarları ilə bağlı heç bir güzəştə yer olmadığı qənaətinə gəliblər.
Qərara əsasən, Elsun Əhmədov haqda 5 illik həbs qərarı qüvvədə saxlanılıb. Bundan sonra onun çəkilməmiş 3 il cəza müddəti qalıb.Qeyd edək ki, eks-hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü 2024-cü ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən
açılıb.
Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.