20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş

20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş

Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş.

“Qanunyolutv.az”-ın məlumatına görə, o, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub.

Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. Jalə Eyvazovanin nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə birmənalı qarşılanmamışdı.

"Qanunyolutv.az" xəbər verir ki, ADU-dan bildirildi, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad olunmuşdu.

Fotoda: Jalə Eyvazova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter