Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.“Qanunyolutv.az” xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmrlər imzalayıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına
Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına
İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına
Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə
Xəqani Abasov rəhbərlik edəcək.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək Natiq Əliyev ixtisasca infeksionistdir və yeni təyinata qədər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək İmran Qurbanov isə ixtisasca cərrahdır və yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib.
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Ravil Qənbərov yeni təyinata qədər eyni tibb müəssisəsinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək Xəqani Abasov isə ixtisasca terapevtdir və yeni təyinatınadək Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis olaraq çalışıb.
Eyni zamanda
Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini,
Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkim vəzifəsini,
Faiq Vəliyev Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini,
Eyvaz Məmmədov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini təyin olunublar.
Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyev yeni təyinatınadək Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində, Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkimi Sevda Əliyeva eyni tibb mərkəzinin Keyfiyyətin idarəolunması komitəsinin rəhbəri vəzifəsində, Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini Faiq Vəliyev eyni xəstəxananın Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin müdiri vəzifəsində, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini Eyvaz Məmmədov isə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri vəzifəsində çalışıb.