Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir+Yenilənib
- 05.06.2025, 19:00,
- Xəbər / Kriminal / Təhsil
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.“Qanunyolutv.az”-ın məlumatına görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib.
Kənd sakini Nərimanov Əsəd Gülmalı oğlu həmyerlisi Səfərov Vasif tərəfindən avtomobildə mübahisə zəmnində bıçaqla vurulub.
Əsəd Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralı paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, Əsəd Nərimanov Mahrızlı Rahib Məmmədov adına kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir. Hadisənin baş vermə səbəbi məlum deyil.
Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərovun bıçaqladığı Əsəd Nərimanovun qardaşının qayını olduğu və hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
****
"Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Vasif Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
