“Quska”nın həbs müddəti uzadıldı
- 22.06.2024, 14:00,
- Xəbər / Kriminal
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Yenidən cinayət məsuliyyətinə cəlb edilən “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin həbsdə saxlama müddəti uzadılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Hakim ilkin istintaq hərəkətlərinin aparılmasına hər hansı maneə yaradılmaması üçün H.Abdullayevin həbs müddətinin 3 ay uzadılmasına qərar verib.
Məlumatı “Quska”nın vəkili Ceyhun Yusifov saytımıza təsdiq edib. Vəkil qərardan tam narazı qaldıqlarını, yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini əlavə edib.Qeyd edək ki, bu yaxınlarda 6 illik həbs müddəti başa çatan Hüseyn Abdullayevə qarşı yeni ittiham irəli sürülüb. O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.