Qubadlı rayonuna yeni prokuror təyin edilib.“Qanunyolutv.az” xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.
Qeyd edək ki, E. Kərimov Qubadlıda anadan olub. O, 14 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.
****
Baş prokuror Kamran Əliyev, həmçinin daha 4 rayona prokurorlar təyin edilməsi ilə bağlı əmrlər imzalayıb.Əmrlərə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş
Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş
Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş
Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş
Zaur Əliyev həmin vəzifələrə təyinat alıblar.