Uşaq sığınacağında kütləvi yoluxma - 15-i xəstəxanadadır - Yenilənib
- 06.12.2023, 12:00,
- Xəbər / Sosial / Təhsil / Səhiyyə
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan uşaqlardan 40 nəfərə yaxını qızılcaya yoluxub."Qanunyuolutv.az" xəbər verir ki, bu barədə sığınacaqdan məlumat verilib.
Bildirilib ki, 15 gündür, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur:“Hazırda 15-dən çox uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Bu say tez-tez dəyişir. Çünki tibb müəssisəsinə yerləşdirilən uşaqlardan bəziləri sağalaraq sığınacağa qaytarılır. Yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir. Hazırda uşaqların vəziyyətləri normaldır. 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərindən gələni edirlər”.
Sığınacaqdan həmçinin bildirilib ki, yoluxan uşaqların çoxu peyvənd olunmayıb:“Uşaqlar sığınacağa gətiriləndə baxımsız vəziyyətdə olurlar. Buna görə də onların çoxu qızılcaya qarşı peyvənd olunmayıb”.
****
"Qanunyolutv.az" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib: “Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. 10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir”.
