Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi - Yenilənib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi - Yenilənib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
****

1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

"Qanunyolutv.az" xəbər verir ki, baş prokurorıuğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter