Nərgizə hücum edən şəxs yenidən tutuldu

Nərgizə hücum edən şəxs yenidən tutuldu

Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şəxs yenidən saxlanılıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, 52 yaşlı Vadim Sedov bu dəfə oğurluq əməlinə görə tutulub. İttihama əsasən, o, ötən il “Kontakt Home” mağazasından mobil telefon, VMF mağazasından isə “Tissot” markalı qol saatı oğurlayıb.

Onun barəsində cinayət işi başlanıb. Vadim Sedov həbs edilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.

Qeyd edək ki, Vadim Sedov Nərgiz Əliyevadan pul almaq məqsədilə avtomobilinə yaxınlaşmışdı. Aktrisa hücuma məruz qaldığını bildirərək polisə müraciət etmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter