Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı - Siyahı

Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı - Siyahı

Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Qanunyolutv.az” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
Qarabağ Regional Mədəniyyət İdarəsi;
Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.


Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter