Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu

  • 01.11.2021, 15:45,
  • Xəbər
  • Baxılıb: 48
Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu

Bu gün Vətən müharibəsi şəhidi, XTQ döyüşçüsü Babək Mahmudlunun anım günüdür.

“Qanunyolu.info.az” xəbər verir ki, anım mərasimində rayon rəsmiləri, şəhidin ailə üzvləri iştirak edib. Qəhrəman şəhidimizin yaşadığı evin qarışında vurulan xatirə lövhəsinin açılışından sonra onun məzarı ziyarət olunub.
Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu

Şəhidimizin anım günündə Babəkin komandiri, polkovnik Tehran Mənsimov da telefon bağlantısı ilə onun valideynlərinə başsağlığı verib. Peşəkar snayperin rəşadətindən, igidliyindən geniş danışıb.

Qeyd edək ki, Babək Mahmudlu 1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olub, ailənin yeganə oğul övladı olub. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək müddətdən artıq hərbi qulluqçu kimi vətənə ximətini davam etdirib. Naxçıvandan döyüş meydanına könüllü olaraq yollanan Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanıb. O, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Babək Mahmudlu “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter