Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək

  • 04.10.2021, 15:30,
  • Xəbər
  • Baxılıb: 40
Saakaşvili Ukraynaya ekstradisiyadan imtina edəcək

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ukraynaya ekstradisiya edilməkdən imtina edəcək”.

“Qanunyolu.info.az” xəbər verir ki, bunu Saakaşvilinin vəkili Giorgi Çiviaşvili deyib.

Məlumata əsasən, Saakaşvilinin maraqlarının müdafiəçiləri Dmitri Sadzaqlişvili və Giorgi Çiviaşvili bu gün onunla Rustavi həbsxanasında ilk görüşlərini keçiriblər.

Vəkil bildirib ki, hazırda Mixail Saakaşvili özünü yaxşı hiss edir və aclıq aksiyasını davam etdirir.

“Ekstradisiya məsələsinə gəldikdə isə, Mixail Saakaşvilinin mövqeyi ondan ibarətdir ki, o Gürcüstana, öz ölkəsinə gəlib və biz siyasi mübarizə planlaşdırırıq. Çox güman ki, o, ekstradisiyadan imtina edəcək”, - deyə Çiviaşvili əlavə edib.

Qeyd edək ki, oktyabrın 1-də 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb. Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.

Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.

Bu yaxınlarda Baş nazir İrakli Qaribaşvili Saakaşviliyə qarşı kəskin ittihamlar irəli sürüb. Hökumət rəhbərinin sözlərinə görə, Saakaşvili və onun komandası ölkədə iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini bunda günahlandırmaq məqsədilə gürcü müxaliflərin qətlə yetirilməsini planlaşdırıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter