“Toppuş bacı” dünyasını dəyişdi
- 22.01.2023, 12:30,
- Şou / Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar artist "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva dünyasını dəyişib."Qanunyolutv.az" xəbər verir ki, bununla bağlı məlumatı həyat yoldaşı verib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ildə anadan olub. Aktrisa “Çal-çağır” şousundakı “Toppuş bacı” obrazı ilə məşhurlaşmış və sevilmişdi. O, son olaraq İrəvan Dövlət Dram Teatrında çalışırdı. Bir çox televiziya verilişlərinin aparıcısı olub, onlarla serial və filmdə rol alıb.
Allah rəhmət eləsin!****
Əməkdar artist Tünzalə Əliyeva Bakıda dəfn olunacaq.
"Qanunyolutv.az" xəbər verir ki, bu barədə mərhumənin bacısı Zülfiyyə Əliyeva deyib.
"Tünzalənin öz vəsiyyətinə görə, Bakı şəhərində dəfn olunacaq. Biz də yoldayıq gedirik Bakıya", - deyə Zülfiyyə Əliyeva qeyd edib.