Koronavirusun daha bir simptomu açıqlandı
- 04.01.2021, 20:20,
- Sosial / Səhiyyə / Xəbər
Baxılıb: 55
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirusun daha bir nadir rast gəlinən simptomu elan edilib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, davamlı olaraq baş verən hıçqırıqlar xəstəliyin əlaməti ola bilər.
Belə ki, Misirdə 64 yaşlı pasiyent 3 gündür davam edən hıçqırıq şikayəti ilə xəstəxanaya müraciət edib və onun COVİD-ə yoluxduğu məlum olub. Xəstənin qan hüceyrələrinin sayının azalması səbəbindən hıçqırıqlarının başladığı üzə çıxıb.
Analoji hadisəyə ABŞ-da da rast gəlinib. 62 yaşlı pasiyent 4 gün davam edən hıçqırıqdan sonra xəstəxanaya müraciət edib və onun infeksiyaya yoluxduğu təsdqlənib. Amerikalı pasiyentin də qan hüceyrələrində azalma müşahidə olunub.
Hıçqırıqlar nadir görülən koronavirus simptomu olsa da, alimlər hıçqırıq 2 sutkadan artıq davam edərsə, həkimə müraciət etməyi məsləhət görürlər.