Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

Bu gün Azərbaycan İncəsənət sahəsinə böyük bir itki üz verib. Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə APA-ya BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.

O qeyd edib ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkar Nailə Mirməmmədlinin ölüm səbəbi müəyyənləşib.
Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

"Qanunyolu.info.az" xəbər verir ki, əməkdar incəsənət xadimi ürək tutmasından dünyasını dəyişib.

Bu barədə mərhumun yaxınları məlumat verib.

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.
Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. İki oğlu, bir qızı var.
Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi

Qeyd qeyd edək ki, Nailə Mirməmmədli bu gün Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Bəli, neçə illər sonra Nailə xanım Mirməmmədli öz əzizlərinə qovuşdu.
Bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişdi


ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter