Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - Video

Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - Video

Təhsil Nazirliyi də özünə doğum günü məclisi təşkil edən məktəb direktoru ilə bağlı açıqlama yayıb.

"Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq araşdırma nəticəsində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarına əsasən kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyi halda Nailə Məmmədovanın doğum günü münasibətilə məclis təşkil edərək xüsusi karantin rejimi qaydalarını pozduğu məlum olub. Bununla əlaqədar olaraq, Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.
Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - Video

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.
****

Bu barədə "Qanunyolu.info.az" - a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, məktəb direktoruna sonuncu xəbərdarlıq edilib.
Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi - Video

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video materiallar yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter