Təltif olunanlar arasında şəhid Şahin də var... - Video
- 09.12.2020, 22:45,
- Sosial / Xəbər
Baxılıb: 64
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. "Qanunyolu.info.az", "Qafqazinfo"-nun məlumatına istinadən, bu ada layiq görülənlər arasında baş gizir Allahyarov Şahin Hüseynbala oğlu da var.
Şəhid Şahin Allahyarov şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda şəhid olacağı halda yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi.
Qeyd edək ki, Şahin Allahyarov Quba rayonunun Zizik kəndində anadan olub.