Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO

Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata əsasən "Qanunyolu.info.az" xəbər verir ki, rayon sakinləri: Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırovun əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.

Saxlanılan şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Həmin şəxslərdən 3 nəfər məhkəmə qərarı ilə həbs edilib, 1 nəfər 750 manat, digər 1 nəfər isə 500 manat cərimələnib.

Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO
Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO
Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO
Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO
Şəmkir rayonunda “07”-lərlə avtoxuliqanlıq edən 5 dost saxlanıldı - FOTO+VİDEO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter