Həftəsonu sərnişin daşıyan sürücü cərimələndi

Həftəsonu sərnişin daşıyan sürücü cərimələndi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, karantin qaydalarını pozaraq bu qanunsuz fəaliyyətlə məşğul olan Xaçmaz rayon sakini Asif Əskərov idarə etdiyi “Qazel” markalı mikroavtobusla sərnişin aparan zaman rayon ərazisində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sürücü ilə izahedici söhbətlər aparılıb və törətdiyi qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan A.Əskərov və mikroavtobusla olan 8 sərnişin barəsində qanunauyğun tədbirlər görülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter