Nəsir Əhmədli vəfat etdi
- 07.06.2022, 11:00,
- Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dünyasını dəyişib.“Qanunyolutv.az” xəbər verir ki, o, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edib.
Uzun illər BDU-nun Jurnalistika fakültəsində çalışmış tanınmış publisist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb.
Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib.Allah rəhmət eləsin!