Qobustan qəsəbəsində səyyar görüş oldu - Fotolar

Qobustan qəsəbəsində səyyar görüş oldu - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib.

“Qanunyolu.info.az” xəbər verir ki, qəbulda Qobustan qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qobustan qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan olan narazılıqlarını rayon rəhbərinə çatdırıblar.

Sakinləri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər isə yerindəcə həll edilib.
Qobustan qəsəbəsində səyyar görüş oldu - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter