Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı - Foto

Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı - Foto

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 6-da Hərbi Prokurorluqda tədbir keçirilib.

“Qanunyolu.info.az”-ın məlumatına görə, əvvəlcə bu qurumun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Baş prokurorun müavini-Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı - Foto

O qeyd edib ki, Prezident İlham Əliyevin gərgin əməyi ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və müharibədən yeni çıxmış dövlət olmasına rəğmən, ölkəmizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter