Özünü qazi kimi təqdim edən dilənçi saxlanıldı - Video
- 03.05.2022, 10:30,
- Sosial / Kriminal / Xəbər
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. "Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində araşdırmalar davam edir.