Rusiyadan Azərbaycana 540 nəfərin keçidi təmin edildi
- 03.03.2022, 18:30,
- Sosial / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 23 fevral – 28 fevral 2022-ci il tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasına ezam olunub.
İşçi heyətin üzvləri sərhədi keçmək istəyən Azərbaycan vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.
Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 540 nəfərin 23 fevral – 28 fevral 2022-ci il tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycanın “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.
