Manaf Ağayevin Füzulidəki bu görüntüləri müzakirə yaratdı - Video

Manaf Ağayevin Füzulidəki bu görüntüləri müzakirə yaratdı - Video

Müğənni Manaf Ağayev işğaldan azad edilən Füzuli şəhərinə yollanıb.

“Qanunyolu.info.az” axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmin görüntüləri sosial şəbəkədə paylaşıb. O, Füzuliyə işğaldan azad olunandan sonra ilk dəfə getdiyini vurğulayıb:

“Doğma Füzulimdə... Allah bütün qarabağlılara Qarabağımızın hər guşəsini görməyi nəsib etsin. Adam görəndə həm sevinir, həm kövrəlir”.

Manaf Ağayevin bahalı avtomobillə Füzuliyə getməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Müğənni daha sonra görüntüləri instaqramından silib.

Videoda Manaf Ağayevin avtomobilinin yanında daha bir maşın görünür. Həmin şəxsin avtomobilinin dövlət nömrə nişanı 10-AA-307-dir. Manaf Ağayev avtomobilin sahibi ilə fotolarını instaqram hesabında paylaşıb.

Həmin video və fotonu təqdim edirik:
Manaf Ağayevin Füzulidəki bu görüntüləri müzakirə yaratdı - Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter