Görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - Video
- 26.01.2022, 23:00,
- Sosial / Xəbər
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının 165 nömrəli tam orta məktəbində şagirdlərin dərs prosesi zamanı lentə alınmış qeyri-etik videosu yayılmışdı.“Qanunyolu.info.az” xəbər verir ki, "Xəzər Xəbər" həmin məktəbdə olub və hadisənin təfərrüatını araşdırıb.
Jurnalistlərə müsahibə verən məktəb direktoru bildirib ki, şagirdlərin qeyri-etik davranışlarının olduğu video dərhal araşdırılıb. Məlum olub ki, videodakı şagirdlər məktəbdə 9-cu sinifdə təhsil alırlar.
Şagirdlərlə yanaşı, həmin dərsdə iştirak edən müəllim və məktəbin iki direktor müavini barədə də tədbir görülüb.