Kapitan Rəşad Abdullayevin medalı ailəsinə təqdim edildi - Fotolar
- 07.07.2021, 20:00,
- Sosial / Xəbər
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri kimi yadda qalıb. Murovdağ döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biri də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur."Qanunyolu.info.az" xəbər verir ki, Kapitan Abdullayev Rəşad Arif oğlu 14.09.1988-ci il tarixində Cəllabad rayonunda anadan olub.
2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 28.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” , ”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu gün Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhidin ailəsi ilə görüş keçirilmiş və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.
Görüşdə şəhid ailəsinin ,övladlarının arzu və istəkləri dinlənilib. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin Dövlətimizin, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları söylənilib. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
