Nazirdən şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət - Video
- 21.06.2021, 16:10,
- Sosial / Təhsil / Xəbər
Baxılıb: 55
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.“Qanunyolu.info.az” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib, hər bir işəgötürəni bu aksiyaya qoşulmağa dəvət edib.
İşəgötürənlər bu aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını
dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.