Mübariz Mənsimov azadlıqda! - Video
- 05.03.2021, 14:10,
- Siyasət / Xəbər
Baxılıb: 108
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədalət Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.“Qanunyolu.info.az-”ın məlumatına görə, məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.
Qərara əsasən, Mübariz Mənsimov 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Qeyd edək ki, martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.
Xatırladaq ki, M. Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.