Bu dəfə Ərdoğan Putini təriflədi
- 25.12.2020, 15:10,
- Siyasət
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
“Cənab Putini tanıyandan sonra onu eynilə bu şəkildə tanıdım. Həqiqətən də sözü, əməli birdir”."Qanunyolu.info.az", “Qafqazinfo”-nun xəbərinə istinadən, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya vədinə sadiq qalan və güclü münasibətlər qura biləcəyimiz nadir bir ölkədir. Hədəflərimizə doğru eyni əzmlə addımlayırıq və inanıram ki, gedəcəyik”, -deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də keçirilən illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözünün üstündə duran və ölkəsinin maraqlarını sona qədər qoruyan bir şəxs kimi dəyərləndirmişdi:
“Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır. Və əgər düşünürsə ki, nə isə ölkəsinin maraqlarının xeyrinədir, bu məsələdə sona qədər gedir”.