“Hər birinizə ən xoş arzularımı çatdırıram!”

  • 12.11.2020, 12:15,
  • Siyasət
  • Baxılıb: 37
“Hər birinizə ən xoş arzularımı çatdırıram!”

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə təbrik edib.

“Qanunyolu.info.az” xəbər verir ki, M.Əliyevanın bununla bağlı paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi!

Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”

BAYRAMINIZ MÜBARƏK AZƏRBAYCAN XALQI !

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter