Rusiyadan imtina edib NATO-ya üz tutmaq Ermənistan üçün necə bitəcək?
- 22.10.2020, 17:30,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Ordusunun düşmən təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusu darmadağın olub. Cəbrayıl, Füzuli, Zəngilanın şəhər mərkəzləri ilə yanaşı onlarla kənd və qəsəbə işğaldan azad olunub. Hazırda Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Cəbhədəki məğlubiyyətlə yanaşı, həm də diplomatik sahədə uğursuzluğa düçar olan Ermənistan rəhbərliyi indi də kömək üçün NATO-ya üz tutub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan bu gün NATO-nun Baş katibi ilə görüşüb. Görüşün pərdəarxası məqamları bundan ibarətdir: Ermənistan KTMT-dən, Rusiyadan gözlədiyi dəstəyi ala bilməməsinə görə Rusiyadan tamamilə üz döndərmək, ərazisindəki rus ordusunu ölkədən çıxarmaq, KTMT-dən istefa vermək niyyətindədir. Əvəzində isə NATO-dan Qarabağ müharibəsində dəstək gözləyir.
Politoloq Tofiq Zülfüqarov hesab edir ki, bu çox populist addımdır: “Mən təsəvvür edə bilmərəm ki, NATO belə bir qərar qəbul eləsin. NATO üzvü olmayan hansısa bir ölkəyə NATO qüvvələri yeridilsin və ermənilərə kömək olunsun?! Bu, tamamilə reallıqdan uzaq ehtimaldır. Əgər Paşinyan doğrudan da bununla məşğuldursa, deməli o, siyasətdən çox uzaq adamdır. Onun rəhbərliyi altında Ermənistan ya dağılacaq, ya da tam şəkildə böhrana uğrayacaq”.
