“Həmin məlumatlarda dezinformasiya daha çoxdur” - Polkovnik
- 19.10.2020, 17:45,
- Siyasət / Bölgə / Xəbər
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər sosial şəbəkələrdə Ordumuzun apardığı əks-hücum əməliyyatları, işğaldan azad edilən ərazilərimizlə bağlı rəsmi təsdiqini tapmamış məlumatlar paylaşılır. Müdafiə Nazirliyinin rəsmi olmayan məlumatların yayılmaması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Şuşanın, Zəngilanın, Xocavəndin və digər torpaqlarımızın geri qaytarılması ilə bağlı sosial şəbəkə statuslarını istifadəçilər paylaşırlar. Müdafiə Nazirliyinin bu gün növbəti dəfə əməliyyatların aparıldığı istiqamət, cari vəziyyətlə bağlı analoji məlumatları yayanlara müraciət edərək hadisələri qabaqlamamaq üçün çağırış edib. Nazirliyin müraciətində qeyd olunub ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.Ehtiyatda olan Zabitlər Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Hikmət Ağayev də "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında qeyd edib ki, ancaq rəsmi məlumat mənbəyinə əsaslanmaq lazımdır: “Biz bir mərkəzdən idarə olunuruq və bizim bütün məlumatlarımız rəsmi olmalıdır. Həmin yayılan məlumatlarda dezinformasiya daha çoxdur. Ancaq rəsmi məlumat mənbəyinə əsaslanmaq lazımdır. Ali Baş Komandanın verdiyi məlumatlar təsdiqlənmiş məlumatlardır. Yerdə qalan məlumatlar təsdiq olunmadığından normal məlumat kimi qəbul edə bilmərik. Müdafiə Nazirliyinin bununla bağlı müraciətini çox düzgün qiymətləndirirəm. Bütün bu görülən işlər onun üçündür ki, məxfilik rejimi pozulmasın, həm də hərbi qulluqçularımızın həyatı təhlükəyə atılmasın”.
H. Ağayev həmçinin əlavə edib ki, bu gün maraqlı insanlar, özünü ağıllı göstərmək istəyənlər, hətta birbaşa düşmənə məlumat ötürmək istəyən şəxslər var. Əgər dövlətimizin mənafeyini, strateji kursunu dəstəkləyiriksə, belə məlumatlardan uzaq durmalıyıq.
