“Baku City Hospital” da Azərbaycan Ordusuna dəstək olub
- 18.10.2020, 13:40,
- Siyasət / Sosial
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikamızın qabaqcıl tibb müəssisələrindən olan “Baku City Hospital” növbəti dəfə Azərbaycan Ordusuna dəstək olub."Qanunyolu.info.az" adıçəkilən xəstəxana Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ianə edib.
Bundan əlavə, “Baku City Hospital” 2 Təcili Tibbi Yardım maşınını ordunun ixtiyarına verib.
Həmçinin “Baku City Hospital”ın personalı hərbiləşmiş xəstəxanaların gündəlik fəaliyyətində yaxından iştirak edir. İstər cərrah-həkimlər, istərsə də tibb bacıları sentyabrın 27-dən bəri yaralı əsgərlərimizin xidmətindədir.
Onu da bildirməliyik ki, “Baku City Hospital” hərbiləşdirilmiş xəstəxanalara 15 000 manat civarında tibbi inventar yardımı edib.