Nazir orduya könüllü gedən tələbələrdən danışdı

Nazir orduya könüllü gedən tələbələrdən danışdı

“Orduya könüllü gedən tələbələr sağ-salamat qayıtdıqdan sonra təhsillərini davam etdirəcəklər. Burada müəyyən prosedurlar var, onları keçmək lazımdır. Bu sahədə heç bir problem yoxdur, yeganə istəyimiz əsgərlərimizin zəfərlə geri qayıtmasıdır”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması ilə bağlı oktyabrın 19-dan karantin rejiminin yenidən sərtləşdirilməsi barədə brifinqdə bildirib.

Nazir həmçinin qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə sosial cəhətdən həssas ailədən olan tələbələrə köməklik göstərilib: “İndiyə qədər 15 mindən artıq tələbəyə ödənişlər edilib. Hazırda bu istiqamət ikinci semestrdə də aparılır. Ötən müddətdə olunan müraciətlər avtomatik olaraq yenilənib. Oktyabrın sonu, noyabrın əvvəlində bu ödənişlər ediləcək. Bundan təxminən 12 min tələbə yararlanacaq. Eyni zamanda bu il birinci kursa qəbul olunan və ya həmin kriteriyalara cavab verən tələbələr yenidən e-telebe.edu.az portalı vasitəsilə müraciət edə bilərlər. Həmin tələbələrə də maliyyə köməyinin olunması planlaşdırılır”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter