“Məni Çin xəstə etdi” - Tramp
- 08.10.2020, 23:30,
- Siyasət
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni növ koronavirusdan müalicə olunan ABŞ Prezidenti Donald Tramp yaxın zamanda yenidən testdən keçəcəyini bildirərək “məni Çin xəstə etdi” deyib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, o, COVİD-19-a yoluxduqdan sonra ilk dəfə “Fox News” kanalına telefonla bağlanaraq açıqlama verib.
Özünü yaxşı hiss etdiyini bildirən Tramp prezident seçkiləri üçün görüş keçirmək istədiyini də deyib:
“Xəstəliyi kiməsə keçirdiyimi düşünmürəm. Məncə, artıq təmizəm. Yaxın zamanda yenidən analizlər verəcəm. Hər zaman insanlarla bir yerdə olmuşam. Nə vaxtsa xəstəliyə tutulacağımı bilirdim. Məni Çin xəstə etdi”.