Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

  • 04.10.2020, 17:47,
  • Siyasət
  • Baxılıb: 16
Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətlərinə əsasən, Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycana qarşı silahlı hücumunu pisləyir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında ölkəmizin suverenliyi və ərazi bütövlüyünə ehtiram olunmalıdır.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar zamanı Azərbaycanın Xocalı şəhəri və Dağlıq Qarabağ məntəqəsinə dəymiş xəsarət və insanlıq əleyhinə cinayətlər ilə bağlı dərin narahatlığını bildirir, hadisə nəticəsində həlak olanları yaxınlarının dərdinə şərik olaraq, bu iki qonşu ölkə arasında sərhəd probleminin birdəfəlik həlli və bu hadisənin səbəbkarlarının mühakiməsini istəyir.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası həmçinin, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ən qısa zaman ərzində icra olunmasına çağırır.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyün müdafiəsində bu ölkə ilə qəti şəkildə həmrəylik bəyan edir.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası həmçinin, sözügedən məsələyə dair dərhal öz mövqeyini bildirdiyi üçün Əfqanıstanın Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter